İstifadəsinə dair tövsiyyələr:
- Fol turşusu(4-cü nəsil):
- müəyyən aminturşuların mübadiləsində,hüceyrələrin bölünməsi və böyüməsi zamanı DNT və RNT-nin sintezində rol oynayır və immun sisteminin normal fəaliyyətinə kömək edir.
- Bətndaxili inkişaf zamanı embrionun sinir sisteminin formalaşmasında iştirak edir.
- döş, uşaqlıq boynu və kolon xərçəngi kimi bəzi xərçəng növlərinin riskini azalda bilir.
- qlukoza ilə birlikdə oksigen daşınmasını tənzimləyərək, anemiya riskini azaldır.
- serotonin istehsalında iştirak edir və sinir sisteminin və beynin sağlamlığına kömək edir.
- sinir sistemi hüceyrələrinin bərpası prosesində iştirak edir.
- Alzheymer xəstəliyi, demans və digər koqnitiv pozğunluqların inkişaf riskini azalda bilir.
- Ateroskleroz, ürək çatışmazlığı, tromboz və insult riskini azaltmağa kömək edir.
- Yod: normal dərinin saxlanmasına, normal idrak funksiyasına və tiroid hormonlarının normal istehsalına və normal tiroid funksiyasına kömək edir.
- Vitamin B12: immun sisteminin normal fəaliyyətinə kömək edir və hüceyrə bölünməsi prosesində rol oynayır.
- Fol turşusu və B12: normal homosistein mübadiləsinə, normal psixoloji funksiyaya, yorğunluğun azalmasına kömək edir. Vitamin B12 normal qırmızı qan hüceyrələrinin formalaşmasına kömək edir və fol turşusu normal qan meydana gəlməsinə kömək edir.
- Yod və B12: normal enerji verən maddələr mübadiləsinə və sinir sisteminin normal fəaliyyətinə kömək edir.
Göstərişlər:
- Fol turşusu(B9) defisiti
- Anemiya
- Ürək-damar xəstəlikləri
- Embrio inkişafı (sinir borusu qüsuru)
- Alzheymer
- Demensiya
İstifadə qaydası və dozası: 14 yaşdan yuxarı uşaqlar və böyüklər 1 tablet gündə 1 dəfə, səhər yeməkdən yarım saat sonra. Ehtiyac olduqda doza həddi həkim tərəfindən təyin edilə bilər.
Xüsusi ehtiyat tədbirləri:
Tövsiyə olunan sutkalıq dozanı keçməyin. Hamiləlik və laktasiya dövründə,xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Buraxılış forması: N30 Tablet (2x15),blisterdə,karton qutu qablaşdırmada
İstehsalçı:
Pharmacy Lab LLC, Polşa