İstifadəsinə dair tövsiyyələr:
- Sümük sağlamlığı: D-Sundose kalsiyum və fosforun absorbsiyasını tənzimləyərək, sümük və dişlərin qorunmasını təmin edir. Osteoporoz, osteomalasiya və raxit kimi xəstəliklərin qarşısını alır.
- İmmun sistemi: T və makrofaq hüceyrələrinin funksiyalarını tənzimləyərək, immun sistemini gücləndirir, infeksiyalarla mübarizədə kömək edir.
- Əzələ funksiyası: Vitamin D əzələlərin böyüməsində, inkişafında və əzələlərin daralma qabiliyyətinin tənzimlənməsində mühüm rol oynayır.
- Ürək-sağlamlığı: Qan təzyiqini tənzimləyərək, inflamasiyanı(iltihabı) azaldaraq və endotel funksiyasını yaxşılaşdıraraq, ürək-damar sistemi üzərində qoruyucu təsir göstərir.
- Mental sağlamlıq: Beyin kimyəvi maddələrinin sintezinə və yayılmasına təsir edərək ruh halının tənzimlənməsində, depressiya və stress riskini azaltmada mühüm rol oynayır.
- Koqnitiv funksiya: Koqnitiv funksiyaları yaxşılaşdırır. Alzheymer, Demensiya xəstəliklərinə tutulma riskini azaldır.
- Diabet tənzimlənməsi: Vitamin D insulin ifrazını və insulinə olan həssaslığı tənzimləyərək, qan şəkərini idarə etməyə kömək edir.
- Avtoimmun xəstəliklər: Dağınıq skleroz, revmatoid artrit kimi xəstəliklərin inkişafını, simptomlarını sakitləşdirərək riski azaltmağa kömək edir.
Göstərişlər:
- Vitamin D defisiti
- Osteoporoz, osteomalasiya, raxit
- Diabet
- Ürək-damar xəstəlikləri(Kardioreal sindrom, Hipertoniya, Ateroskleroz)
- Depressiya, Alzheymer, Demensiya
İstifadə qaydası və dozası: 14 yaşdan yuxarı uşaqlar və böyüklərə 1 tablet gündə 1 dəfə, yemək zamanı. Vitamin D-nin kəskin azlığında doza həddi həkim tərəfindən təyin edilə bilər.
Xüsusi ehtiyat tədbirləri:
Hamiləlik və laktasiya dövründə,xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Buraxılış forması: N60 Tablet(2x30),blisterdə,karton qutu qablaşdırmada.
İstehsalçı:
Pharmacy Lab LLC, Polşa